Roma Papası gözünə təsbeh atılan şəxsi bağışladığını zarafatla bildirib

Roma Papası gözünə təsbeh atılan şəxsi bağışladığını zarafatla bildirib
Video
Dünya 14

Roma Papası XIV Leo Perunun paytaxtı Limada keçirilən dini mərasim zamanı ona təsbeh atan şəxsi bağışladığını zarafatla söyləyib. Pontifik hadisəni həmin şəxsin dərin dini inancının ifadəsi kimi qiymətləndirib.

BAKU.WS xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

XIV Leo bildirib ki, peruvalıların, o cümlədən ona təsbeh atan şəxsin xüsusiyyəti dərin inanca sahib olmalarıdır. O, həmin şəxsin böyük imanla təsbehi ona təqdim etmək istədiyini deyərək hadisəyə yumorla yanaşıb.

Hadisə noyabrın 16-da Peruda Roma Papasının iştirakı ilə keçirilən dini mərasimdən sonra baş verib. Pontifik avtomobillə toplaşan zəvvarların qarşısından keçərkən onlardan biri ona təsbeh atıb. Təsbeh Papanın gözünə dəyib.

Qeyd edək ki, katolik inanclılar arasında Roma Papasına müxtəlif əşyalar atmaq ənənəsi mövcuddur. Məqsəd həmin əşyaların pontifik tərəfindən xeyir-dua alması və sonradan sahiblərinə qaytarılmasıdır.

XIV Leo noyabrın 6-da Uruqvay, Argentina və Peruya 12 günlük apostol səfərinə başlayıb. Bu, onun keçirdiyi əməliyyatdan sonrakı ilk xarici səfəridir. Məlumata görə, 71 yaşlı pontifik oktyabrın 13-də şiş səbəbindən sağ ağciyərinin bir hissəsinin çıxarılması əməliyyatı keçirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər