Kim Çen Inin qış kurortunda çəkilən fotosu gündəm oldu

Kim Çen Inin qış kurortunda çəkilən fotosu gündəm oldu
Foto
Dünya 17

Şimali Koreya lideri Kim Çen In qızı Kim Çju E ilə birlikdə yeni istifadəyə verilən dağ-xizək kurortuna baş çəkib. Liderin qarın üzərində onun üçün xüsusi hazırlanmış oyma kresloda əyləşdiyi görüntülər beynəlxalq mətbuatın diqqətini çəkib.

BAKU.WS xəbər verir ki, fotoları Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) yayıb.

Görüntülər qısa müddətdə dünya mediasında geniş müzakirələrə səbəb olub. "Reuters" və "Daily Mail" də daxil olmaqla bir sıra nəşrlər bu fotolara diqqət yetirib.

Kim Çen Inin qış kurortunda çəkilən fotosu gündəm oldu

Yayılan kadrlarda Kim Çju Enin xizək yamacından aşağı sürüşdüyü, atasının isə onu kənardan izlədiyi görünür. Kim Çen In üçün qarın üzərində xüsusi oyma kreslo və kiçik masa quraşdırılıb. O, kresloda əyləşərək siqaret çəkib.

KCNA-nın məlumatına görə, Kim Çen In, qızı və bir qrup yüksəkvəzifəli dövlət rəsmisi noyabrın 15-16-da bölgəyə səfər edib. Səfər çərçivəsində turizm zonasında aparılan tikinti layihələrinin gedişi də yoxlanılıb.

Kim Çen Inin qış kurortunda çəkilən fotosu gündəm oldu

Beynəlxalq mediada Kim Çju Enin atasının gələcək varisi kimi hazırlanması ilə bağlı ehtimallar da müzakirə olunur. Şimali Koreyadan qaçmış bəzi keçmiş rəsmilər onun hakimiyyətin ötürülməsi üçün hazırlana biləcəyini iddia edirlər.

Belə ki, Şimali Koreyanın Londondakı keçmiş səfirlik əməkdaşı Te Yon Ho Kim Çju Enin raket poliqonlarına və müdafiə sənayesi müəssisələrinə səfərləri zamanı ona münasibətdə tətbiq olunan protokolun vaxtilə Kim Çen Inın özünə göstərilən münasibəti xatırlatdığını bildirib. Həmin protokolun Kim Çen Inın atası Kim Çen İrdən sonra hakimiyyətə gəlməyə hazırlandığı dövrdə tətbiq edildiyi qeyd olunur.

Kim Çen Inin qış kurortunda çəkilən fotosu gündəm oldu

Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin katibi vasitəsilə Kim Çen Ina salamlarını və xoş arzularını çatdırıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər