Qobu sakinlərinə ŞAD XƏBƏR! Bu avtobuslar YENİLƏNİR
17
noy
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qobu qəsəbəsini "Avtovağzal" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 567 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir.
BAKU.WS bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, noyabrın 18-dən marşrut üzrə 11 ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən müasir və komfortlu avtobus 9-10 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,70 manat müəyyən edilib.
Oxşar xəbərlər
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Milli Məclis (MM) Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiqi haqqında dəyişiklikləri ilk oxunuşda qəbul edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki,...