Ürək əməliyyatı olan aparıcı vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
NTV-nin keçmiş aparıcısı Svetlana Kunitsyna ürək əməliyyatı və reanimasiyadan sonra vəfat edib. BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə onun həmkarı Pavel Lobkov feysbuk hesabında bildirib. "Svetlana Arkadyevna Kunitsyna öldü!" - deyə Lobkov yazıb.
Kunitsyna ağır ürək əməliyyatı keçirib. Lobkov əlavə edib ki, aparıcı süni tənəffüs aparatına qoşulub.
Noyabrın 9-da Kunitsyna Moskvadakı Bakulev İnstitutunda ürək əməliyyatı olunub.
Qeyd edək ki, Svetlana Kunitsyna NTV-dəki işi sayəsində şöhrət qazanıb.
O, Leonid Parfenovun "Namedni" verilişində moda köşə yazarı kimi çalışıb, eyni zamanda modelliklə də məşğul olub.
Oxşar xəbərlər
Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb
İngiltərədə yaşayan 58 yaşlı qadın metal detektoru ilə axtarış apararkən orta əsrlərə aid olduğu ehtimal edilən qızıl xaç aşkarlayıb. Tapıntının dəyərinin 20 mi...