Qlobal kiberhücumun miqyası böyüyür: 178-dən çox şirkət zərər gördü

Qlobal kiberhücumun miqyası böyüyür: 178-dən çox şirkət zərər gördü
Digər 5

178-dən çox böyük beynəlxalq şirkətin internet saytı "Optimizely" adlı veb-sayt optimallaşdırma xidmətində aşkarlanan təhlükəsizlik boşluğu vasitəsilə zərərli kodun yayılmasına məruz qalıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Report URI" şirkətinin təsisçisi və veb-təhlükəsizlik üzrə mütəxəssis Skott Helme təşkilatın saytında məlumat verib.

Onun sözlərinə görə, hücumdan ABŞ-nin məşhur "Fox News" və CNN telekanalları, HSBC bankı, "Equifax" kredit bürosu, İsveçin "IKEA" mebel şirkəti, Fransanın "Air France-KLM" aviaşirkəti və "Zoom" videozəng platforması da təsirlənib. Striminq və onlayn qumar platformaları, eləcə də kriptovalyuta ticarəti ilə məşğul olan resurslar da hücuma məruz qalanlar arasındadır.

Skott Helme qeyd edib ki, hakerlər təsirə məruz qalan şirkətlərin müntəzəm istifadə etdiyi "Optimizely" xidmətində təhlükəsizlik boşluğu aşkarlayıblar. Həmin boşluqdan istifadə edən hücumçular ödəniş kartlarının məlumatlarını ələ keçirib, istifadəçilərin ekran görüntülərini əldə edib və kriptovalyuta cüzdanlarının ünvanlarını öz ünvanları ilə əvəzləyiblər.

Dəymiş zərərin ümumi miqyasını hazırda qiymətləndirmək mümkün deyil.

Ekspert hücumdan təsirlənən şirkətləri internet saytlarının təhlükəsizliyini yeniləməyə çağırıb. O, həmçinin aşkarlanmış zərərli kodların, demək olar ki, hamısının artıq silindiyini bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər