Azərbaycanın U-21 millisi Omanın U-23 komandası üzərində qələbə qazanıb
17
noy
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Omanın U-23 yığması ilə ikinci yoxlama oyununu keçirib.
BAKU.WS xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan qarşılaşma millimizin 4:2 hesablı qələbəsi ilə bitib.
Azərbaycan komandasının qollarını Elgün Dünyamalıyev (28), Əli Xəlilov (42), İlkin Cəfərli (65) və Niyazi Osmanov (78) vurublar.
Qeyd edək ki, Omanın U-23 komandasına qarşı keçirilən ilk yoxlama matçında seçməmiz 2:1 hesablı qələbə qazanmışdı.
Oxşar xəbərlər
Ronaldonun "7" nömrəli forması ona verildi - 22 yaşlı futbolçunun inanılmaz hekayəsi
Portuqaliya millisində Portuqaliya millisində Kriştiano Ronaldonun uzun illər daşıdığı 7 nömrəli forma yeni sahibini tapıb. Bu nömrə 22 yaşlı vinger Karluş For...