Sumqayıt Sənaye Parkında daha bir müəssisə kağız istehsal edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt Sənaye Parkında daha bir müəssisənin karton və kağız tullantılarının təkrar emalından kağız istehsal etməsi nəzərdə tutulur.
BAKU.WS xəbər verir ki, bu barədə report-a İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Məlumata əsasən, "Sumqayıt kağız emalı zavodu" MMC-yə Agentliyin idarəçiliyində olan Parkın rezidenti statusu verilib.
İnvestisiya dəyəri 60 milyon manatdan çox olan layihə çərçivəsində illik istehsal gücü 90 min ton olacaq karton və kağız tullantılarının təkrar emalı müəssisəsi yaradılacaq.
Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkında hazırda 46 rezident qeydiyyatdan keçib. İndiyə qədər rezidentlər Parka 5,6 milyard manatdan çox investisiya yatırıb, 6400-dən çox iş yeri yaradıb.
Oxşar xəbərlər
Bir milyon manat ayrıldı, cəmi səkkiz mini xərcləndi - Hesablama Palatası
Azərbaycanda 2025-ci ildə işsizlikdən sığorta ödənişi təyin edilmiş vətəndaşlara vəsait tam ödənilməyib. 2026-cı ildə isə həssas qrupların məşğulluğu ilə bağlı...