Emin Əmrullayev: Uzun illər ibtidai təhsilin keyfiyyəti arzuolunan səviyyədə olmayıb

Emin Əmrullayev: Uzun illər ibtidai təhsilin keyfiyyəti arzuolunan səviyyədə olmayıb
Sosial 14

Uzun illər ərzində ibtidai təhsilin keyfiyyəti arzuolunan səviyyədə olmayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Peşə Təhsili Forumu" çərçivəsində "Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi" mövzusunda keçirilən panel sessiyada çıxışında deyib.

O bildirib ki, Elm və Təhsil Nazirliyinin son illərdə əsas prioritetlərindən biri ibtidai təhsilin keyfiyyətinin yüksəldilməsidir:

"İbtidai təhsilin, daha dəqiq desək, baza təhsilinin keyfiyyətini yüksəltmək vacibdir. Çünki "ibtidai təhsil" ifadəsi bəzən başlanğıc təhsili kimi başa düşülür. Halbuki söhbət hər bir vətəndaşın malik olmalı olduğu minimal bilik və bacarıqların formalaşdırıldığı mərhələdən gedir. Hazırda bu mərhələ bizdə dörd ili əhatə edir. Uzun illər ərzində ibtidai təhsilin keyfiyyəti arzuolunan səviyyədə olmayıb. Amma biz ibtidai təhsilin keyfiyyətinin tədricən yaxşılaşdığını görürük və bu istiqamətdə bir sıra işlər həyata keçiririk".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər