Toy üçün qızl almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR - Qiymətlər ucuzlaşdı...
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya bazarında qızılın qiymətində kəskin ucuzlaşma qeydə alınıb. Qiymətli metalın bir troya unsiyasının dəyəri son bir ildən artıq müddətdə müşahidə edilən ən aşağı göstəricilərdən birinə enib.
BAKU.WS xəbər verir ki, birjada 2026-cı ilin dekabr ayında çatdırılma üzrə qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 3 803 dollara düşüb.
Bu azalma yerli qızıl bazarında da qiymət dəyişikliklərini yenidən gündəmə gətirib. Yerli bazardakı vəziyyətlə bağlı BAKU.WS-ə danışan zərgər Aqil İsmayılov bildirib ki, hazırda qızılın alış və satış qiymətləri əyarına görə fərqlənir.
Onun sözlərinə görə, 585 əyar türk qızılının satış qiyməti 155 manat, vətəndaşlardan alış qiyməti isə 119 manat 50 qəpikdir:
"750 əyar qızılın alış qiyməti 152 manat 96 qəpik, satış qiyməti isə 225-230 manat arasında dəyişir. Ərəb qızılının qiyməti isə 250-270 manat civarındadır".
Aqil İsmayılov qeyd edib ki, hazırda alıcılar daha çox 585 əyar türk qızılına üstünlük verirlər. Buna səbəb həmin məhsulların digər növlərlə müqayisədə daha münasib qiymətə təklif olunmasıdır. 750 əyar qızılın qiyməti nisbətən yüksək olduğundan ona tələbat daha azdır.
Zərgər əlavə edib ki, vətəndaşlar satış üçün də əsasən 585 əyar qızıllarını gətirirlər:
"Bununla yanaşı, uzun müddətdir evlərində saxladıqları 750 əyar və rus qızıllarını satışa çıxaranlar da var. Ümumilikdə, hazırda yerli bazarda həm alış, həm də satış baxımından türk qızılı üstünlük təşkil edir.
Qızılın qiyməti dünya bazarındakı dəyişikliklərdən asılı olaraq tez-tez yenilənir. Buna görə də yerli mağazalarda alış və satış qiymətləri demək olar ki, hər gün dəyişə bilər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bəzi cərimələr 150 faiz artılır
Azərbaycanda bəzi cərimələr azaldılır, bəziləri isə artırılır. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakir...