Bəzi cərimələr 150 faiz artılır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda bəzi cərimələr azaldılır, bəziləri isə artırılır.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Layihədə qeyd olunur ki, maliyyə institutları tərəfindən qeyri-rezidentlərin Azərbaycan ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların təqdim edilməməsinə görə hesaba mədaxil olunmuş vəsaitin ümumi məbləğinin 30 faizi miqdarında tətbiq olunan maliyyə sanksiyasının 10 faizə endirilməsi (lakin 1 000 manatdan az olmayaraq), bu hesablar üzrə mədaxil əməliyyatı aparılmadıqda isə hər belə hesab üçün 400 manat məbləğində tətbiq olunan maliyyə sanksiyasının 1 000 manata qaldırılması təklif olunur.
Vurğulanır ki, bir sıra Avropa və MDB ölkələrində (Rusiya, Portuqaliya, Polşa, Litva, Macarıstan və s.) mövcud olan təcrübəyə əsasən, hesabat verən maliyyə institutları tərəfindən hər hansı hesab barədə məlumatın verilməməsinə görə cərimə məbləğlərinin 1 000-500 000 manat arasında dəyişdiyini nəzərə alaraq, sanksiya məbləğinin azaldılması məqsədəuyğun hesab edilir.
Oxşar xəbərlər
Toy üçün qızl almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR - Qiymətlər ucuzlaşdı...
Dünya bazarında qızılın qiymətində kəskin ucuzlaşma qeydə alınıb. Qiymətli metalın bir troya unsiyasının dəyəri son bir ildən artıq müddətdə müşahidə edilən ən...