Samuxda dəhşətli qəza - Sürücü öldü, sərnişin ağır yaralandı
Yeniliklərdən dərhal xəbərdar olun
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dünən Samuxda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
İdarədən BAKU.WS-ə verilən xəbərə görə, noyabrın 17-si saat 19:00 radələrində Samux rayonunun Qədili kəndində, mürəkkəb relyefə malik ərazidən keçən yolda "Chevrolet Niva" markalı avtomobillə hərəkətdə olan İlyas Aslanov sürət həddini nəzərə almadan sərt döngəyə daxil olarkən idarəetməni itirib.
Yoldan çıxaraq dərəyə yuvarlanan avtomobilin sürücüsü hadisə yerində həyatını itirib, sərnişini Əziz Məmmədov isə ağır xəsarətlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
"Hadisəsinin ağırlıq dərəcəsinə təsir göstərən amillərdən biri də sürücü və sərnişinin təhlükəsizlik kəmərini bağlamadıqları üçün dərəyə yuvarlanarkən, eləcə də zərbənin təsirindən avtomobildən kənara atılarkən aldıqları xəsarətlər hesab edilir.
Baş Dövlət Yol Polisi İdarəsi yüksək sürətin ağır faciələrə səbəb olduğunu bir daha xatırladır, bununla yanaşı sürücüləri yol və hava şəraitini daim nəzərə almağa, təhlükəsizlik kəmərini bağlamağa və sərnişinlərin də bu həyat əhəmiyyətli qaydaya qeyd-şərtsiz əməl etmələrinə nail olmağa çağırır.
Unutmayaq, qayda pozuntusu hüququ məsuliyyət, onun fəsadları isə heç zaman bərpası mümkün olmayan itkilər doğurur".
Oxşar xəbərlər
Gəlinlərinin üstünə yataq otağında benzin tökdü, atasını bıçaqladı - Abşerondakı qətlin təfərrüatı
Abşeronda kişi qardaşının qayınatasını qətlə yetirib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Hökməli qəsəbəsi, "Qobu yolu" deyilən ərazidəki...