Mərdəkanda yataqxanada yanğın olub
Yeniliklərdən dərhal xəbərdar olun
Mərdəkanda yataqxanada yanğın olub.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
FHN qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 840kv.m. olan ikimərtəbəli yataqxana binasında baş vermiş yanğın genişlənərək digər mərtəbəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 420kv.m. sahədə, bir otağın yanar konstruksiyaları 65kv.m., digəri isə 10kv.m. sahədə və binanın dəhlizi 6kv.m. sahədə yanıb.
Xəsarət alan olmayıb.
Oxşar xəbərlər
"Nə? Harada? Nə zaman?"ın ulduzu Rövşən Əsgərovla bağlı cinayət işi Rusiya məhkəməsində araşdırılacaq
Rusiya məhkəməsi "Nə? Harada? Nə zaman?" intellektual oyununun keçmiş iştirakçısı Rövşən Əsgərov barəsindəki cinayət işini qiyabi şəkildə araşdıracaq. O, nasizm...