Ögey qardaşı tərəfindən öldürüldüyü iddia olunan Gülarənin qətli ilə bağlı yeni detallar

Ögey qardaşı tərəfindən öldürüldüyü iddia olunan Gülarənin qətli ilə bağlı yeni detallar
Hadisə 38

Bakıda gənc rəssam 2003-cü il təvəllüdlü Gülarə Ağa qızı Mehdiyevanın ögey qardaşı tərəfindən qətlə yetirilməsi hadisəsinin bəzi detalları üzə çıxıb.

BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisədən sonra polis əməkdaşları tərəfindən saxlanılan 2008-ci il təvəllüdlü Ayxan Mehdiyev cinayəti qısqanclıq zəminində törətdiyini iddia edib.

Məlum olub ki, Gülarə ilə Ayxan ata bir, ana ayrı ögey bacı-qardaşdırlar. Onlar Binəqədi rayonunun 9-cu mikrorayonun Həmzə Babaşov küçəsindəki evdə yaşayıblar.

Hadisə isə noyabrın 16-sı saat 14:30-də evin mətbəxdə baş verib. 18 yaşlı oğlan bıçaqla bacısına hücum edərək 3 ağır zərbə endirib. Gülarənin səsinə qonşular gəliblər və dərhal təcili tibbi yardım çağırıblar. Xəstəxanaya çatdırılsa da, 23 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər