Gəlinlərinin üstünə yataq otağında benzin tökdü, atasını bıçaqladı - Abşerondakı qətlin təfərrüatı

Gəlinlərinin üstünə yataq otağında benzin tökdü, atasını bıçaqladı - Abşerondakı qətlin təfərrüatı
Hadisə 10

Abşeronda kişi qardaşının qayınatasını qətlə yetirib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Hökməli qəsəbəsi, "Qobu yolu" deyilən ərazidəki fərdi yaşayış evində baş verib. Hökməli qəsəbə sakini, birgə nikahdan 3 azyaşlı övladı olan Eltun Muradov həyat yoldaşını başqa kişi ilə yazışarkən tutub və ayrılıblar. Qadın valideynlərinin evinə getsə də, övladları Eltun Muradovla qalıb.

Amma qadının valideynləri azyaşlı qızı Eltundan almaq istəyiblər. Bu məqsədlə onların arasında mübahisə başlayıb. Qadının valideynləri Eltun barəsində məlumatlar yayaraq onun narkotik vasitə aludəçisi olduğunu bildiriblər. Onun bu xəbərlərdən qəzəblənən qardaşı, 1999-cu il təvəllüdlü Məhəmmədəli Muradov gecə saatlarında yaşadığı evdən bıçaq və benzin götürərək Eltunun qayınatasının evinə gedib. O, gecə saatlarında mənzilə daxil olaraq qardaşının arvadının yatdığı otağa keçib.

Məhəmmədəli özü ilə gətirdiyi benzini qadının üzərinə tökərək od vurmaq istəyib. Bu vaxt o, yuxudan oyanaraq qışqırıb və valideynlərindən kömək istəyib. Səsə qadının atası, 1964-cü il təvəllüdlü Miribrahim Seyidov gəlib və Məhəmmədəlini tutub. Miribrahim dərhal oğlunu səsləyərək polisə məlumat verməsini istəyib. Bu vaxt Məhəmmədəli əlindəki bıçaqla kişiyə bir neçə zərbə endirərək onu qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən M.Muradov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin hökmü ilə M.Muradov 19 il azadlıqdan məhrum edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər