Azərbaycan gələn il aqrar sektordan 13 milyon manat vergi yığmaq istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
2027-ci ildə Azərbaycanda kənd təsərrüfatı üzrə vergi daxilolmaları 13 milyon manat olacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
"Dövlət kənd təsərrüfatına genişmiqyaslı dəstək proqramları həyata keçirir. Birbaşa və dolayı dəstək istiqamətləri də daxil olmaqla, bu dəstəyin ümumi məbləği 1,5 milyard manata yaxındır. Kənd təsərrüfatı üzrə vergi daxilolmalarının cəmi 13 milyon manat olacağının gözlənildiyini nəzərə alaraq hesab edirik ki, dövlət fermerə və kənd təsərrüfatı istehsalçısına potensial vergi ödəyicisi kimi yanaşmır. Müzakirələr zamanı aidiyyəti qurumlara da tövsiyə olundu ki, bu məsələlər ictimaiyyətə, xüsusilə aqrar ictimaiyyətə və kənd əhalisinə ətraflı izah edilsin, maarifləndirmə işləri aparılsın. Çünki dövlətin aqrar siyasəti ilə bağlı cəmiyyətdə yanlış təsəvvür yaranmamalıdır. Dövlət bu gün də fermerin və kənd təsərrüfatı istehsalçısının yanındadır", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Naxçıvana yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir
Naxçıvan Muxtar Respublikasına yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Naxçı...