Dünya bazarında qızıl ucuzlaşmaqda davam edir - Qiymət 3 800 dollara yaxınlaşıb

Dünya bazarında qızıl ucuzlaşmaqda davam edir - Qiymət 3 800 dollara yaxınlaşıb
İqtisadiyyat 4

Dünya bazarında qızılın qiymətində ucuzlaşma qeydə alınıb. Qiymətli metalın bir troya unsiyasının dəyəri son bir ildən artıq müddətdə müşahidə edilən ən aşağı səviyyələrdən birinə enib.

BAKU.WS xəbər verir ki, COMEX birjasında 2026-cı ilin dekabr ayında çatdırılma üzrə qızıl fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 06:06-da 1,44 faiz azalaraq bir troya unsiyası üçün 3 841,5 dollar təşkil edib.

Daha sonra cuzlaşmanın sürəti bir qədər zəifləyib. Bu zaman qızılın bir troya unsiyasının qiyməti 1,3 faiz geriləyərək 3 803 dollara düşüb.

Qeyd edək ki, qızılın bir troya unsiyası üzrə fyuçers qiyməti 2025-ci il sentyabrın 29-dan bəri ilk dəfə 3 800 dollar həddinə yaxınlaşıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər