"SOCAR Petroleum": "Naxçıvana avtomobil benzininin tədarükündə heç bir problem yoxdur"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın digər bölgələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikasına da avtomobil benzininin daşınması daimi olaraq mövcud tələbata və ehtiyaca uyğun, tam sistemli formada həyata keçirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasında avtomobil benzini qıtlığının yaşandığı ilə bağlı yayılan məlumatlara dair sorğuya cavab olaraq "SOCAR PETROLEUM" QSC-dən bildirilib.
"Naxçıvan Muxtar Respublikasında avtomobil benzininin təchizatı və tədarük həcmləri ilə bağlı səsləndirilən suallara cavab olaraq bildiririk ki, yanacaq tədarükündə hər hansı azalma və ya gecikmə qeydə alınmamışdır.
İddiaların əksinə olaraq, Bakıdan Naxçıvana yanacağın daşınmasında logistik və ya sistemli bir problem mövcud deyil. Digər bölgələrimizlə yanaşı, Naxçıvan Muxtar Respublikasına da daşınma daimi olaraq mövcud tələbata və ehtiyaca uyğun, tam sistemli formada həyata keçirilir. Gündəlik və aylıq tədarük həcmləri regionun yanacaq tələbatını tam qarşılayacaq səviyyədə tənzimlənir", - QSC-dən bildirilib.
Qeyd olunub ki, mövcud təchizat zəncirində heç bir qıtlıq və ya fasilə yoxdur. Yanacağın növbəti partiyalarının Naxçıvana çatdırılması müəyyən edilmiş təchizat qrafikinə uyğun olaraq, ardıcıl şəkildə icra edilməkdədir.
"SOCAR PETROLEUM" QSC ölkənin bütün regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında istehlakçıların keyfiyyətli və fasiləsiz yanacaqla təmin olunması istiqamətində fəaliyyətini uğurla davam etdirir", - məlumatda vurğulanır.
Oxşar xəbərlər
Azərbaycanın borcundan 20 dəfə çox pulu var: Bəs 2027-ci ildə bizi nə gözləyir?
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir. Eyni zamanda, 2026-cı ilin ilk doqquz ayında ölkənin həm xarici, həm...