AMB sədri: "Vətəndaşlarımızın manata inamı artıb"

AMB sədri: Vətəndaşlarımızın manata inamı artıb
İqtisadiyyat 6

"Vətəndaşların manata, o cümlədən bank sektoruna inamı artmaqda davam edir".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov parlamentdə "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O deyib ki, dollarizasiya səviyyəsi illik əsasda 3.3% bəndi azalaraq 25.2% səviyyəsinə düşüb, bu isə tarixi minimum rəqəmdir:

"Ümumiyyətlə 2021-ci ilin sonu ilə müqayisə etdikdə dollarizasiya səviyyəsi 15.4% azalıb. Bununla belə Mərkəzi Bankın ehtiyatları bu il 10 ayın nəticələrinə əsasən 34% artıb. Məbləğ ifadədə bu 3.9 milyard ABŞ dolları deməkdir. Bu da ölkəmizin tarixi maksimum səviyyəsidir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər