"Tasnim": Pezeşkianla vitse-prezident arasında fikir ayrılığı yoxdur
Yeniliklərdən dərhal xəbərdar olun
İran Prezidenti Məsud Pezeşkianla ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Arif arasında fikir ayrılığı yoxdur.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İran hökumətinə istinadən "Tasnim" agentliyi məlumat yayıb.
İran Hökumətinin İnformasiya Şurasının Katibliyindən bildirilib ki, Prezidentlə birinci vitse-prezident arasında, xüsusilə yanacaq istehlakının idarə olunması məsələsində heç bir fikir ayrılığı yoxdur.
"Həmçinin ötən Nazirlər Kabinetinin iclasında Rza Arifin bəzi kabinet üzvlərinə sərt xəbərdarlıqlar etməsi ilə bağlı yayılan məlumatlar da həqiqəti əks etdirmir", - hökumətdən vurğulanıb.
Açıqlamada qeyd olunub ki, bu xəbərlər tamamilə yalandır, müəyyən dairələr tərəfindən uydurulub və reallıqla heç bir əlaqəsi yoxdur.
Xatırladaq ki, İranda benzin istehlakı ilə daxili istehsal arasında ciddi fərq yaranıb. Yanacağın qiymətinin artırılması və istehlakın məhdudlaşdırılması məsələsi hökumət üçün həssas mövzuya çevrilib. Bəzi media resursları isə İran rəhbərliyində parçalanma və yanacaq siyasəti ilə bağlı mübahisələr barədə materiallar yayıb.
İran hökumətinin bu açıqlamanı verməkdə məqsədi mümkün ölkədaxili böhranın qarşısını almaqdır.
Oxşar xəbərlər
Paşinyan: TRIPP-in texniki parametrlərinin Azərbaycanla razılaşdırılması fikri ilə razıyam
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun TRIPP layihəsinin texniki parametrlərinin Azərbaycanla razılaşdırılması fikri ilə razıyam. BAKU.WS report-a i...