Bakının bu ərazisində su təchizatında fasilə yaranıb – SƏBƏBİ AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Suraxanı rayonu, Hövsan qəsəbəsində içməli su borusundan suyun küçəyə axması ilə bağlı sakinlərdən şikayət daxil olub.
Vətəndaşlar bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər. Bildirilib ki, hadisə qəsəbədə, Kingsmart mağazasının yaxınlığında baş verib.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən BAKU.WS-ə bildirilib ki, Hövsan qəsəbəsinin bəzi ərazilərini içməli su ilə təmin edən şəbəkə xəttində qəza baş verib.
Qeyd olunub ki, qəzanın aradan qaldırılması ilə əlaqədar su təchizatında müvəqqəti fasilə yaranıb. Hazırda su təminatının bərpası istiqamətində intensiv işlər aparılır.
Bildirilib ki, suyun əvvəlki qrafiklə verilməsi noyabrın 19-da gün ərzində təmin olunacaq.
Oxşar xəbərlər
Bakıda ev tapmaq müşkülə çevrildi: Əl yandıran QİYMƏTLƏR
"Bakıda kirayə mənzil bazarında təkliflərin azalması və tələbin artması qiymətlərin yüksək səviyyədə qalmasına gətirib çıxarır. Mövcud vəziyyət yalnız mövsümi t...