Avtomobil akkumulyatorunu nə vaxt dəyişmək lazımdır?
Yeniliklərdən dərhal xəbərdar olun
Avtomobil akkumulyatorunun orta istifadə müddəti 3-5 il təşkil edir. Lakin ona düzgün qulluq edilərsə, batareya daha uzun müddət işləyə bilər.
BAKU.WS xəbər verir ki, akkumulyatorun istismar müddətinə isti və soyuq hava şəraiti, qısa məsafələrdə avtomobil idarə etmək, mühərriki tez-tez işə salmaq və enerji itkisi təsir göstərir.
Mühərrikin gec işə düşməsi, avtomobil uzun müddət dayandıqdan sonra çətinliklə işə düşməsi akkumulyatorun zəifləməsinin əlamətləri ola bilər. Mütəxəssislər akkumulyatoru dəyişdirməzdən əvvəl onun texniki vəziyyətini yoxlatmağı tövsiyə edirlər.
Akkumulyatorun ömrünü uzatmaq üçün onu dərin boşalmadan qorumaq, generatorun saz vəziyyətdə olmasına diqqət yetirmək və mütəmadi olaraq texniki diaqnostika aparmaq vacibdir.
Oxşar xəbərlər
Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Salah kəndinin tarixi
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda 1980-ci illərin sonlarında azərbaycanlıların qovulması nəticəsində boşalmış Salah...