Azərbaycan və Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Bakıda keçirilən görüşdə Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
Tərəflər ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi perspektivlərini, strateji tərəfdaşlığı, eləcə də cari və planlaşdırılan birgə regional layihələri nəzərdən keçirərək onların əhəmiyyətini vurğulayıblar.
Nəqliyyat-logistika sahəsində əməkdaşlıq, Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması və regional infrastrukturun inkişafı xüsusilə diqqət mərkəzində olub. Gürcüstan tərəfi Anakliya limanının, yeni Vaziani beynəlxalq hava limanının tikintisi və dəmir yolunun modernləşdirilməsi də daxil olmaqla cari və planlaşdırılan irimiqyaslı layihələri təqdim edib.
Qeyd olunub ki, 2026-cı ilin ilk doqquz ayı ərzində Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi 14 % artaraq 1,1 milyard ABŞ dollarını ötüb. M.Kvrivişvili həmçinin Gürcüstanın investisiya və işgüzar mühiti, iqtisadiyyatın inkişafı üzrə dövlət təşəbbüsləri və həyata keçirilən layihələr barədə M.Cabbarova məlumat verib.
Oxşar xəbərlər
Azərbaycanda artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti artıq ödənilmiş vergilərin geri qaytarılması prosesini sadələşdirib. BAKU.WS xəbər verir ki, report bu barəd...