Bakıdakı körpələr evində istilik problemi: "Qaz sayğacını söküb aparıblar"

Bakıdakı körpələr evində istilik problemi: Qaz sayğacını söküb aparıblar
Sosial 18

Bakıda fəaliyyət göstərən 96 saylı körpələr evi-uşaq bağçasında istilik təminatı ilə bağlı problem yaranıb.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.

Şikayətçi valideynin sözlərinə görə, bağçada istilik sistemi işləmir. Havaların soyumasına baxmayaraq, müəssisədə normal şərait yaradılmadığından uşaqların soyuq otaqlarda qalması, mövcud durumun azyaşlıların sağlamlığına mənfi təsir göstərəcəyi narahatlıq doğurur.

Bağça rəhbərliyinin verdiyi məlumata görə, istiliyin verilməməsinin səbəbi qaz sayğacının olmamasıdır. Bildirilib ki, sayğacı "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları sökərək aparıblar.

"Azəriqaz"-dan bildirildi ki, məsələdən xəbərdardırlar.

"Prosedur qaydalarına uyğun olaraq işlər görülür. Yaxın zamanda sayğac bərpa olunacaq", - deyə məlumatda bildirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər