Bakıda sakinlər su əvəzinə hava alır, sayğac isə pul hesablayır – ŞİKAYƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Suraxanı rayonunun Əmircan qəsəbəsində sakinlər içməli su ilə bağlı problemlə üzləşiblər. Belə ki, bəzi evlərdə kranlardan su əvəzinə hava gəlir, buna baxmayaraq, su sayğacları işləməyə davam edir.
Bu barədə Kirill Krapçetov BAKU.WS-in "qaynar xətti"nə müraciətində bildirib.
Onun sözlərinə görə, problem Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi, Dalan 5 ünvanında və demək olar ki, bütün məhəllədə müşahidə olunur.
Sakin iddia edir ki, kranlardan su gəlmədiyi halda sayğaclar fırlanır. Bu isə əhali arasında narazılığa səbəb olur. Məsələ ilə bağlı aidiyyəti su təsərrüfatı qurumuna dəfələrlə məlumat verilsə də, indiyədək problemin aradan qaldırılması üçün tədbir görülməyib.
Məsələ ilə əlaqədar bildirilib ki, rayon Su-Kanal İdarəsinin əməkdaşları ünvana yollanaraq vəziyyətlə yerində tanış olacaq və problemə aydınlıq gətirəcəklər.
Oxşar xəbərlər
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
"Sədərək" Ticarət Mərkəzində alıcı qıtlığının yaşandığı və sahibkarların çətinlik çəkdiyi iddia olunur. BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat daxil...