Quba sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,7 milyon manat AYRILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Quba şəhərində bir sıra küçələrin asfalt örtüyünün yenilənməsi və yolların əsaslı təmiri nəzərdə tutulur.
BAKU.WS-in məlumatına görə, işlər Quba Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək.
Bu məqsədlə 1 milyon 773 min 823 manat vəsait ayrılması planlaşdırılır.
Layihə zamanı A.Aslanov, Nətavan, M.P.Vaqif, Zəfər və Müslüm Maqomayev küçələrindəki yollarda asfalt örtüyünün yenilənməsi planlaşdırılır.
Qeyd edək ki, yolların əsaslı təmiri Quba şəhərində nəqliyyatın hərəkətinin yaxşılaşdırılması, sürücülərin və piyadaların rahatlığının artırılması baxımından əhəmiyyətlidir. Yenilənmiş yol infrastrukturu həm gündəlik gediş-gəlişi asanlaşdıracaq, həm də yaşayış məntəqələrində nəqliyyat təhlükəsizliyinin yüksəldilməsinə töhfə verəcək.
Oxşar xəbərlər
Yolun təmiri niyə bəzən uzun çəkir?
Yol təmiri başlayanda sürücüləri və sakinləri ən çox maraqlandıran suallardan biri işlərin nə vaxt yekunlaşacağıdır. Bəs təmir müddəti nədən asılıdır və niyə bə...