Ceyhun Bayramov: "Azərbaycan-Türkiyə əlaqələri bənzərsizdir" - "Haber Global"ın süjeti

Ceyhun Bayramov: Azərbaycan-Türkiyə əlaqələri bənzərsizdir - Haber Globalın süjeti
Video
Siyasət 11
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan Vadeful ilə Bakıda keçirdiyi birgə brifinqdə Azərbaycan-Türkiyə münasibətlərindən danışıb. BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" telekanalının brifinqlə bağlı hazırladığı süjetdə məlumat verilib.

"Azərbaycan-Türkiyə münasibətləri sözün əsl mənasında iki dost və qardaş xalq arasındakı münasibətlərdir. Bunlar dövlətlər arasında ən yüksək səviyyəli və bənzərsiz yaxınlıq münasibətləridir", - deyə nazir bildirib.

C.Bayramovun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri indi də əvvəlki kimi möhkəmdir və bundan sonra daha da güclənəcək.

"Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinə əsaslanan müttəfiqlik münasibətləri mövcuddur. Eyni zamanda, hər bir dövlətdə müəyyən proseslər gedir. Hər bir cəmiyyətin öz inkişaf trayektoriyası var. Hansısa cəmiyyətdə digər ölkədə gedən proseslərlə bağlı fərqli fikirlər irəli sürülə bilər. Azərbaycan öz inkişaf modelinə uyğun olaraq irəliləyir", - deyə nazir vurğulayıb.

Son xəbərlər