Trampın Putinlə görüşündə diqqətçəkən an: Bir sual, bir jest
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Çinin Şençjen şəhərində keçirilən sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, Tramp Putinlə əl sıxarkən ondan əhvalını soruşub.
"Necəsiniz?" – deyə ABŞ lideri rusiyalı həmkarına müraciət edib.
Putin isə cavab olaraq baş barmağını yuxarı qaldırmaqla kifayətlənib.
Qeyd edək ki, Vladimir Putin noyabrın 18-19-da APEC sammitində iştirak etmək və tədbirə qatılan digər siyasi liderlərlə görüşlər keçirmək məqsədilə Çində səfərdədir.
Noyabrın 19-da onun Donald Tramp və Çin Prezidenti Si Cinpinlə görüşü də gözlənilir.
Oxşar xəbərlər
Rusiyadan Türkiyəyə uçan sərnişin təyyarəsində bomba həyəcanı
Rusiyanın Mineralnıye Vodı şəhərindən Türkiyənin Antalya şəhərinə uçan sərnişin təyyarəsindən bomba təhlükəsi barədə siqnal daxil olub. BAKU.WS xəbər verir ki,...