Rusiyadan Türkiyəyə uçan sərnişin təyyarəsində bomba həyəcanı

Rusiyadan Türkiyəyə uçan sərnişin təyyarəsində bomba həyəcanı
Dünya 10

Rusiyanın Mineralnıye Vodı şəhərindən Türkiyənin Antalya şəhərinə uçan sərnişin təyyarəsindən bomba təhlükəsi barədə siqnal daxil olub.

BAKU.WS xəbər verir ki, bu barədə mülki aviasiya xəbərləri üzrə ixtisaslaşan "HavaSosyalMedya" portalı məlumat yayıb.

Məlumata görə, hadisə noyabrın 18-də Türkiyənin hava məkanında baş verib. "Azimut" aviaşirkətinə məxsus "Sukhoi Superjet 100" tipli təyyarədən bomba təhlükəsi barədə siqnal daxil olduqdan sonra müvafiq xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bildirilir ki, təyyarə Antalya hava limanına endikdən sonra təhlükəsiz əraziyə aparılacaq. Orada təhlükəsizlik əməkdaşları tərəfindən lazımi yoxlamalar həyata keçiriləcək.

Yoxlamaların nəticələri barədə hələlik əlavə məlumat verilməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər