Tramp, Putin və Si Cinpin sülh bəyannaməsi qəbul ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Tramp, Putin və Si Cinpin üçtərəfli görüşün yekununda sülh bəyannaməsi qəbul ediblər.
BAKU.WS xəbər verir ki, sənəd Şençjendə keçirilən üçtərəfli görüşün nəticələrinə əsasən hazırlanıb və Kremlin rəsmi saytında dərc olunub.
Ümumilikdə bəyannamə 4 bənddən ibarətdir.
Bundan əlavə, üç dövlətin liderləri bütün ölkələrin rifahı naminə neft emalı məhsullarının istehsalını və tədarükünü artırmaq barədə razılığa gəliblər, onlar sabit enerji tədarükünün vacibliyini təsdiqləyiblər.
Liderlər qeyd ediblər ki, dövlətlərin razılığı prinsipi və rəsmi şəxslərinin immunitetlərinə riayət olunması fundamental əhəmiyyət kəsb edir. Razılaşırlar ki, Beynəlxalq Cinayət Məhkəməsi və digər analoji strukturlar öz səlahiyyətlərindən sui-istifadə etməməlidirlər.
Bundan başqa, liderlər təsdiqləyiblər ki, nüvə müharibəsində qaliblər ola bilməz və o, heç vaxt başladılmamalıdır. Bununla əlaqədar olaraq, üç ölkə nüvə risklərinin azaldılması və nüvə silahının yayılmasının qarşısının alınması üzrə dialoq aparacaq.
Oxşar xəbərlər
Marsda kartof çipsinə bənzəyən sirli kristal strukturlar aşkarlandı
NASA-nın Marsda tədqiqatlar aparan "Curiosity" aparatı "Nazca" adlı bölgədə qeyri-adi kristal birləşmələr qeydə alıb. BAKU.WS xəbər verir ki, süxur qatlarında a...