Xalq şairi: "Ailələrin dağılmasının əsas səbəbkarları qayınanalar olurlar"

Xalq şairi: Ailələrin dağılmasının əsas səbəbkarları qayınanalar olurlar
Video
Sosial 20

"Ailələrin dağılmasının əsas səbəblərindən biri qayınanaların, valideynlərin gənc ailələrin həyatına həddindən artıq müdaxilə etməsidir. Hər işə qarışırlar. Müdaxilə etməyə başlayırlar".

BAKU.WS xəbər verir ki, bu sözləri ASAN TV-yə qonaq olan Xalq şairi Vahid Əziz deyib.

O bildirib ki, valideynlər gənc ailələrin daxili işlərinə qarışmamalıdır:

"Valideynlər onların daxili işlərinə nə qədər az qarışsalar, ailələr bir o qədər möhkəm olar. Atanı, ananı çox sevirsənsə, evləndiyin insanı da sev... Öz doğmalarını çox sevirsənsə, həyat yoldaşının valideynlərini təhqir etmə, onun doğmalarına hörmətsizlik etmə... Qadınlara da bunu demək istəyirəm: Əgər sən öz ata-ananızı, valideynlərinizi çox sevirsənsə, həyat yoldaşının ata-anasını və qohum-əqrəbasını lağa qoyma, onlara hörmətsizlik etmə".

Ətraflı videoda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər