İrem Derici onların milyonluq qonorarlarına üsyan etdi: "And içirəm ki, belə pullar yoxdur"

İrem Derici onların milyonluq qonorarlarına üsyan etdi: And içirəm ki, belə pullar yoxdur
Foto
Şou-biznes 32

İrem Derici məşhurların Yeni il gecəsi qazanacağı qonorarlarla bağlı iddialara etiraz edib.

BAKU.WS xəbər verir ki, siyahıya əsasən, müğənnilər Gülşen, Hande Yener və Edisin Yeni il gecəsindəki çıxışına görə 20 milyon türk lirəsi, Hadisənin 22 milyon, Ebru Gündeş, Mahsun Kırmızıgül və Kenan Doğulunun isə 25 milyon lirə qazanacaq.

Siyahıda İrem Dericinin qonorarının 3 milyon lirə olacağı da qeyd edilib.

İddialara münasibət bildirən müğənni bu məbləğlərin həqiqəti əks etdirmədiyini söyləyib.

"Dostlar, and içirəm ki, belə pullar yoxdur. Əgər həmin Yeni il qonorarları siyahısı doğrudursa, mən daha səhnəyə çıxmayım. Biri 30 milyon, digəri 40 milyon lirə alır. Amma bilirsiniz ki, hər il belə xəbərlər yayılır. Hamının gözlədiyi xəbərlərdir", - deyə sənətçi bildirib.

İrem Derici onların milyonluq qonorarlarına üsyan etdi:

Derici əlavə edib ki, bu cür rəqəmlər insanların qıcıqlanmasına səbəb olmaq üçün ortaya atılır:

"Dostlar, inanın, belə məbləğlər yoxdur. Bunlar sadəcə insanları bir az əsəbiləşdirmək üçün yayılan məlumatlardır. Belə pullar yoxdur, mənə inanın".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər