"Santa-Barbara" serialının aktyoru qəzadan sonra vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Dostlar" və "Santa-Barbara" seriallarının aktyoru Larri Poyndekster 66 yaşında dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, bu barədə "Deadline" nəşri məlumat yayıb.
Aktyor noyabrın 18-də, Los-Ancelesdə yol qəzası nəticəsində aldığı xəsarətlərdən sonra vəfat edib. Hadisə noyabrın 13-də Stüdio-Siti rayonunda baş verib. Poyndekster yolu keçərkən avtomobil onu vurub.
Qəza nəticəsində aktyorun qabırğaları sınıb və o, xəstəxanaya yerləşdirilib. Həkimlər əməliyyata hazırlaşsalar da, müdaxilənin nəzərdə tutulduğu gün aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Larri Poyndekster aktyorluq fəaliyyətinə 1980-ci illərin əvvəllərində başlayıb. O, 1986-cı ildə "Santa-Barbara" serialında Castin Mur obrazını canlandırıb və 23 bölümdə yer alıb. Aktyor, həmçinin məşhur "Dostlar" serialının bir bölümündə çəkilib.
Oxşar xəbərlər
"Atam qucağımda öldü" deyən Elcan Rəsulov göz yaşlarına boğuldu
Aktyor Elcan Rəsulov kövrək anları ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, "Zarafat bir yana" şousuna qonaq olan aktyor atasının onun qucağında dünyasını dəyi...