Paşinyan: "İlham Əliyevlə Dublində sülhün təminatları barədə danışdıq"

Paşinyan: İlham Əliyevlə Dublində sülhün təminatları barədə danışdıq
Siyasət 12

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Dublində keçirilən görüşdə iki ölkə arasında yekun sülhün təminatları məsələsini müzakirə etdiklərini açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Paşinyan jurnalistlərə açıqlamasında bildirib ki, məsələ həm Azərbaycanla ikitərəfli müzakirələrdə, həm də noyabrın 12-də Prezident İlham Əliyevlə görüşdə gündəmə gətirilib.

Ermənistan hökumətinin başçısı sülh prosesinin irəlilədilməsi ilə bağlı şəxsi siyasi məsuliyyət daşıdığını vurğulayıb. O, bu istiqamətdə verdiyi təminatların öz siyasi nüfuzu və gələcək karyerası üçün də risk daşıdığını bildirib.

Paşinyanın sözlərinə görə, sülhün davamlı olması üçün Azərbaycan, Türkiyə, İran və Gürcüstanla, eləcə də beynəlxalq ictimaiyyətlə müvafiq anlaşmanın formalaşdırılması istiqamətində iş aparılır.

Qeyd edək ki, İlham Əliyev və Nikol Paşinyan noyabrın 12-də Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində görüşüblər. Görüşdə Azərbaycan-Ermənistan sülh prosesinin irəlilədilməsi məsələləri müzakirə olunub.

Son xəbərlər