Paşinyan parlamentdə özündən çıxdı: "Sizi siyasi bomjlara çevirəcəyik!"
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətdəki "Güclü Ermənistan" partiyasının deputatı Anuş Mirzoyanın onu Azərbaycanın Qarabağ bölgəsində minlərlə erməni hərbçinin ölümündə ittiham etməsindən sonra özündən çıxıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, insident parlamentdə keçirilən hökumət saatı zamanı baş verib.
Ermənistan hökumətinin başçısı səsini yüksəldərək müxalifət nümayəndələrini hədələyib. O, müxalifətçiləri oğurluqda ittiham edib və onları xain adlandırıb.
Paşinyan həmçinin bildirib ki, müxalifət nümayəndələri Ermənistan hökumətinin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq, Azərbaycanın ərazisində vaxtilə mövcud olmuş və sonradan ləğv edilmiş separatçı qurumun qondarma "bayraqlarını" iclas zalından gizlicə götürüblər.
"Siz mənim müəyyən etdiyim siyasi xəttə tabe olursunuz, çünki mən xalqın verdiyi legitimliyə malikəm, siz isə burada pul hesabına varsınız. İndi həmin pulları əlinizdən alacağıq və əvvəlki kimi siyasi "bomjlara" çevriləcəksiniz", - deyə baş nazir yüksək səslə bildirib.
Bundan sonra müxalifət deputatları sözügedən məsələni daha bir neçə dəfə gündəmə gətiriblər. Paşinyan isə yenidən səsini yüksəldərək müxalifət nümayəndələrini hədələyib.
Oxşar xəbərlər
Şərabın sağlamlığa faydası yoxdur? Həkimdən diqqətçəkən xəbərdarlıq
Şərabın sağlamlıq üçün faydalı olduğu barədə geniş yayılmış fikirlər elmi araşdırmalarla birmənalı təsdiqlənmir. Mütəxəssislər hesab edirlər ki, şərab içən insa...