Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Məlumata görə, bu gün saat 19:30-da Qazax rayonunun Aslanbəyli-Kəmərli avtomobil yolunda İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi, 99-RU-835 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobillə Sənan Hüseyn oğlu Dərgahquliyevin idarə etdiyi, 10-NB-330 dövlət qeydiyyat nişanlı "Tofaş" markalı avtomobil toqquşub.
Qəza nəticəsində hər iki sürücü və "Tofaş" markalı avtomobilin iki azyaşlı sərnişini həyatını itirib. Həmin avtomobildə olan qadın sərnişin isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, ağır qəzada həlak olanlar arasında ata və azyaşlı qızı da var.
Oxu.Az Sənan Dərgahquliyev və G.Dərgahquliyevanın fotosunu təqdim edib:
Qalereya
Oxşar xəbərlər
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Bərdə-Yevlax avtomobil yolunun Bərdə rayon Saatlı kənd ərazisindən...