Şimali Kiprdən Azərbaycana güclü dəstək mesajı: "Bir yumruq kimi birləşən xalq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Prezident İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşən qardaş Azərbaycan xalqını və qəhrəman Azərbaycan Ordusunu şanlı Qarabağ Zəfərinin altıncı ildönümü münasibətilə Şimali Kipr türk xalqı adından bir daha ürəkdən təbrik edirik.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparan, Vətən torpağı uğrunda canlarını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə cansağlığı diləyirəm".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının (ŞKTR) yaranmasının 43-cü ildönümü münasibətilə keçirilən rəsmi qəbulda bu ölkənin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer deyib.
O bildirib ki, Türk dünyasının ayrılmaz hissəsi olan Şimali Kipr Türk Respublikası ilə qardaş Azərbaycan arasında münasibətlər gündən-günə inkişaf edir, iqtisadi əməkdaşlıq, ticarət, turizm, səhiyyə və ali təhsil sahələrində əlaqələr genişlənir:
"Bu çərçivədə il ərzində bir çox rəsmi nümayəndə heyətimiz Azərbaycana səfər edərək qardaş ölkəni yaxından tanımaq imkanı əldə edib".
"İki ölkə arasındakı münasibətlərdə müşahidə olunan müsbət dinamika Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kipr türklərinə verdiyi dəstəyin konkret təzahürü və onların haqlı mübarizəsinə verilən güclü mesajdır. Prezident İlham Əliyevin "Türk dünyasından başqa ailəmiz yoxdur" sözləri bütün Türk dünyasının birlik və bərabərliyinin davamlılığı üçün dəyərli yol xəritəsidir", - deyə U.Turganer əlavə edib.
Oxşar xəbərlər
Ermənistanın Konstitusiyası dəyişir: Paşinyan referendumla bağlı əminliyini bildirdi
Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiya ilə bağlı referendumda vətəndaşların böyük əksəriyyətinin sənədi dəstəkləyəcəyinə əminliyini ifadə edib...