Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarın ərazisində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 2006-cı il təvəllüdlü Şahaliyev Nəsrəddin Sədrəddin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
23 yaşlı Gülarənin qətlinin səbəbi bilindi
Bakıda 23 yaşlı gənc rəssam Gülarə Mehdiyevanın qətli ilə bağlı digər detallar da məlum olub. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü G...