Qızılın qiyməti 3 600 dolları keçdi
26
noy
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya əmtəə bazarlarında qızılın qiymətində artım qeydə alınıb. Qiymətli metalın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 3 600 dollar həddini geridə qoyub.
BAKU.WS xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında 2026-cı ilin fevral ayı üzrə qızıl fyuçersləri 1,33% bahalaşaraq 3 612 dollara çatıb.
Birjada gümüşün qiymətində də yüksəliş müşahidə olunub. Belə ki, 2026-cı ilin mart ayı üzrə gümüş fyuçerslərinin bir troya unsiyası 3,71% artaraq 42,04 dollar təşkil edib.
Qeyd edək ki, bir troya unsiyası 31,1 qrama bərabərdir.
Oxşar xəbərlər
Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir
Türkmənistan Orta Dəhlizin nəqliyyat-logistika infrastrukturunun inkişafına investisiyaların cəlb edilməsi üçün dövlət-özəl tərəfdaşlığı mexanizmlərini nəzərdən...