SOCAR Çin şirkəti ilə enerji səmərəliliyinin artırılmasını müzakirə edib

SOCAR Çin şirkəti ilə enerji səmərəliliyinin artırılmasını müzakirə edib
FOTO
İqtisadiyyat 10

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Çinin "Wison Engineering Ltd" şirkəti arasında neft-kimya sahəsində, innovativ texnoloji həllərin tətbiqi ilə istehsal sahələrinin modernləşdirilməsi və enerji səmərəliliyinin artırılması istiqamətlərində əməkdaşlıq imkanları müzakirə edilib.

BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr bu gün SOCAR-ın prezidenti Rövşən Nəcəflə Çin şirkətinin baş icraçı direktoru Cou Honqlayanq ilə keçirilən görüşdə aparılıb.

Görüşdə qonağa SOCAR-ın enerji dəyər zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli fəaliyyəti, o cümlədən emal, neft-kimya, rəqəmsallaşma sahələrində həyata keçirdiyi layihələr barədə məlumat verilib.

Söhbət zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər