Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI
Yeniliklərdən dərhal xəbərdar olun
Gecə saatlarında Bakıda tanınmış aparıcı Ada Süleymanova və tanışının öldükləri qəza ilə bağlı bəzi təfərrüat məlum olub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Ada Süleymanova məclis başa çatandan sonra ayıq sürücü sifariş edib. Ayıq sürücü vaxtında gəlib və Ada Süleymanova sürücüdən onu evlərinə aparmağı xahiş edib.
O, sürücünün xidmət haqqını da ödəyib. Lakin sonda onun tanışı Anar Kərimov ayıq sürücüdən imtina edib və aparıcını özünün aparacağını deyib. A.Kərimov ayıq sürücünü geri qaytarıb və özü sükan arxasına əyləşib. Restorandan ayrılandan təxminən 10-15 dəqiqə sonra onlar yüksək sürətlə qarşıda gedən DAF markalı yük avtomobilinə çırpılıblar. Hadisə nəticəsində sürücü və tanınmış aparıcı hadisə yerində dünyasını dəyişiblər.
Oxşar xəbərlər
Azərbaycanda kişi kanalizasiya quyusuna düşərək öldü
Hacıqabulda 45 yaşlı kişi kanalizasiya quyusuna düşərək ölüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Şirvan şəhər sakini, 1981-ci il təvəllüdlü Namiq Babaye...