Ağır xəstəlikdən əziyyət çəkən Brus Uillisin yeni FOTOSU YAYILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Frontotemporal demans diaqnozu ilə mübarizə aparan məşhur Hollivud aktyoru Brus Uillisin yeni fotosu sosial şəbəkələrdə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, 71 yaşlı aktyorun qızı Tallulah Uillis atası ilə birlikdə çəkilən fotosunu izləyiciləri ilə bölüşüb.
Bağçada lentə alınan görüntüdə ata və qızın yelləncəkdə əl-ələ tutduğu görünür. Tallulah paylaşımına heç bir açıqlama yazmayıb, sadəcə iki emoji əlavə edib. Foto aktyorun pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb.
Xatırladaq ki, Brus Uillisə 2022-ci ildə afaziya diaqnozu qoyulub. Bundan sonra aktyor kino karyerasını başa vurub. Bir il sonra isə ailəsi onun frontotemporal demansdan əziyyət çəkdiyini açıqlayıb.
Aktyorun həyat yoldaşı Emma Heminq Uillisin sözlərinə görə, o, hazırda ailəsinə yaxın ayrıca evdə yaşayır və sutka ərzində peşəkar tibbi nəzarət altında saxlanılır.
Qeyd edək ki, Brus Uillis "Çətin ölüm", "Altıncı hiss" və "Kriminal qiraət" kimi məşhur filmlərdəki rolları ilə dünya şöhrəti qazanıb.
Oxşar xəbərlər
Aygün Kazımova 20 il sonra bunu qızı ilə yenidən edəcək
Xalq artisti Aygün Kazımova 20 il sonra yenidən qızı İlqarə ilə eyni səhnəni bölüşücək. BAKU.WS xəbər verir ki, bu anlar sənətçinin Moskvada baş tutacaq konser...