Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxda ehtiyatda olan zabit dəm qazından boğularaq ölüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, əslən Qazax rayonundan olan, Bakı şəhərində yaşayan 1977-ci il təvəllüdlü Vüqar Qulu oğlu Məmmədov bir neçə gün əvvəl iki avtomobilin toqquşması nəticəsində həyatını itirən Dərgahquliyevlər ailəsinin üzvlərinin yas mərasimində iştirak etmək üçün rayonun Kəmərli kəndinə gedib.
O, kənddəki ata evində dəm qazından boğularaq həyatını itirib.
Məlumata görə, mərhum ehtiyatda olan zabit olub və Bakı şəhərindəki 185 nömrəli tam orta məktəbdə hərbi müəllim işləyib.
Hadisə ilə bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib
İranın Xoy şəhərində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə BAKU.WS-ə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat...