Mənzildən yüksəkrütbəli zabitin meyitinin tapılmasının təfərrüatı

Mənzildən yüksəkrütbəli zabitin meyitinin tapılmasının təfərrüatı
Video
Hadisə 22

Mingəçevirdə mənzildən meyiti tapılan yüksəkrütbəli zabitlə bağlı yeni təfərrüat məlum olub.

BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Energetiklər yaşayış massivində yerləşən beşmərtəbəli binanın dördüncü mərtəbəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Onlar mənzilin qapısını sındıraraq içəri daxil olublar.

Sakinlərdən biri hadisə ilə bağlı bunları deyib:

"Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəldilər, qapını sındırdılar. Sonra gördük ki, artıq vəfat edib. Kirayədə qalırdı".

Digər sakin isə hadisə zamanı yaşananları belə təsvir edib:

"Gördük ki, tappıltı səsləri gəlir. Balkona çıxdım, təcili tibbi yardım avtomobilinin dayandığını gördüm. Qapını açanda tibb bacısının da orada olduğunu gördüm. Soruşdum ki, nə baş verib? Dedilər ki, bizə zəng ediblər, hərbçi ilə bağlı məlumat daxil olub".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sumqayıtda yol çöküb

Sumqayıtda yol çöküb

Sumqayıtda yolun daha bir hissəsi çöküb. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Çökmə ilə əlaqədar ə...

4 Hadisə 09:32 21 noyabr 2026

Son xəbərlər