Türkiyədə 24 vilayət üçün hava xəbərdarlığı edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə noyabrın 21-də gözlənilən əlverişsiz hava şəraiti ilə bağlı 24 vilayətdə sarı kodlu xəbərdarlıq elan edilib.
BAKU.WS xəbər verir ki, Türkiyə Meteorologiya Baş İdarəsinin proqnozuna əsasən, bir sıra bölgələrdə güclü yağış, şimşək və fırtına müşahidə olunacaq. Xəbərdarlıq yayılan ərazilər arasında İstanbul da yer alıb.
Şərqi Qara dəniz və Şərqi Anadolu bölgələrinin 2 000 metrdən yüksək dağlıq ərazilərində yağıntıların sulu qar və qar şəklində düşəcəyi gözlənilir.
Mütəxəssislər güclü yağıntıların səbəb ola biləcəyi sel, subasma, torpaq sürüşməsi, ildırım və küləklə bağlı təhlükələrə qarşı sakinləri diqqətli olmağa çağırıblar.
Oxşar xəbərlər
Tramp və Si Cinpin hərbi əməliyyatlarda AI-ın tətbiqini məhdudlaşdırmaq barədə razılığa gəliblər
ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin süni intellektin (AI) irimiqyaslı hərbi əməliyyatların keçirilməsi ilə bağlı qərarları müstəqil şəkildə qəbul...