Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Estoniya hakimiyyətinin Rusiya ilə sərhədi 6 ay müddətinə bağlamaq qərarı fonunda Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Estoniya hakimiyyətinin Rusiya ilə sərhəddəki buraxılış məntəqələrini bağlamaq qərarı "qarşıdurma xarakterlidir".
Zaxarova qeyd edib ki, qərar iqtisadiyyatda və sosial sahədə, xüsusən də Estoniyanın özünün sərhədyanı regionlarında ən mənfi nəticələrə səbəb olacaq.
"Ölkəmizə qarşı düşmənçilik hərəkətlərinin qəbuledilməzliyi barədə Rusiyanın mövqeyini Estoniya tərəfinə çatdırmaq üçün Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb", - o bildirib.
Oxşar xəbərlər
UKMTO: Yəmən yaxınlığında quru yük gəmisi hücuma məruz qalıb
Yəmənin Əl-Mükəlla şəhərindən 95 km cənub-qərbdə quru yük gəmisi hücuma məruz qalıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Də...