Dünyanın ən yaraşıqlı kişisi hesab edilən bloqerə ağır ittihamlar irəli sürüldü
Yeniliklərdən dərhal xəbərdar olun
İnternet istifadəçilərinin "dünyanın ən yaraşıqlı kişisi" adlandırdığı amerikalı bloqer Breyden Piters barəsində cinayət təqibi ilə bağlı yeni detallar üzə çıxıb.
BAKU.WS xəbər verir ki, "Clavicular" adı ilə tanınan 20 yaşlı bloqer zorlamaqda və yetkinlik yaşına çatmayan şəxsə spirtli içki verməkdə ittiham olunur.
Məhkəmə sənədlərinə görə, polis onun "Twitch" platformasında yayımladığı canlı yayımın görüntülərini araşdırıb. Yayım zamanı 17 yaşlı qızın bloqerə "Dayan, mən çox sərxoşam" dediyi eşidilib. İstintaq hesab edir ki, Piters qızı bilərəkdən sərxoş vəziyyətə salıb.
Hadisə ilə bağlı daha əvvəl Alora Ziva adlı qadın da bloqeri zorakılıqda ittiham edib. Onun sözlərinə görə, birgə canlı yayım zamanı Piters ona spirtli içki içirdib, daha sonra isə cinsi zorakılıq edib.
Qadın həmçinin bloqerin onun üzünə metamfetaminlə qarışdırılmış piy əridici preparat yeritdiyini iddia edib.
Breyden Piters isə ittihamları qəbul etmir və özünü təqsirli hesab etmir.
Məhkəmə bloqerin azadlığa buraxılması üçün 10 min dollar girov müəyyən edib. O, girovu ödədikdən sonra sərbəst buraxılıb.
Lakin Pitersə bir sıra şərtlər qoyulub. O, pasportunu təhvil verməli, şikayətçi ilə əlaqə saxlamamalı və sosial şəbəkələrdə onun haqqında paylaşım etməməlidir.
Qalereya
Oxşar xəbərlər
"GTA 6" tarixin ən böyük açılışına imza atdı: İlk gündə ilin rekord vuran filminə çatdı
13 ildən sonra təqdim edilən "Grand Theft Auto 6" (GTA 6) əyləncə sənayesi tarixinin ən böyük açılışına imza atıb. BAKU.WS xəbər verir ki, oyun elə ilk gündə 2...