"GTA 6" tarixin ən böyük açılışına imza atdı: İlk gündə ilin rekord vuran filminə çatdı
Yeniliklərdən dərhal xəbərdar olun
13 ildən sonra təqdim edilən "Grand Theft Auto 6" (GTA 6) əyləncə sənayesi tarixinin ən böyük açılışına imza atıb.
BAKU.WS xəbər verir ki, oyun elə ilk gündə 24,5 milyondan çox nüsxə satılaraq təxminən 2,36 milyard dollar gəlir gətirib.
Bu barədə "Sensor Tower" analitik platforması məlumat yayıb.
Müqayisə üçün qeyd edək ki, ilin ən çox gəlir gətirən filmi olan "Spider-Man: Brand New Day" kinoteatrlardakı bütün nümayiş müddəti ərzində toplam 2,5 milyard dollar kassa gəliri toplayıb.
Oyunun istehsalçısı "Rockstar" və əsas şirkət "Take-Two" rəsmi satış rəqəmlərini açıqlamasalar da, tələbatın "görünməmiş həddə" olduğunu bildiriblər.
Bu göstərici oyunu tarixin ən çox qazanan əyləncə layihələri sırasına çıxarsa da, inflyasiya nəzərə alındıqda təxminən 4,5 milyard dollar gəlir gətirən 1939-cu il istehsalı "Gone with the Wind" filmini geridə qoya bilməyib.
Hazırlanma xərcinin 1 milyard dolları ötdüyü təxmin edilən "GTA 6" bu göstərici ilə həm də tarixin ən bahalı videooyunu hesab olunur.
Oxşar xəbərlər
"Anthropic" əməkdaşlarının 96 faizi milyonçu oldu
Süni intellekt modeli "Claude"un yaradıcısı "Anthropic" şirkətinin birjaya çıxması əməkdaşlarına böyük sərvət qazandırıb. BAKU.WS xəbər verir ki, 19 noyabrda Na...