Dərman almağa gedənlər saatlarla ayaq üstə qalırlar
21
noy
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuzda şəkərli diabetdən əziyyət çəkən xəstələrə dövlət tərəfindən verilən dərmanları almaq çətinləşib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Tovuz Rayon Mərkəzi Xəstəxanasına üz tutan xəstələr və onların yaxınları bildiriblər.
Bir çox vətəndaş növbə sıxlığından şikayətçi olub və aidiyyəti qurumlardan çarə istəyib.
Qeyd edək ki, növbədə gözləməli olan şəkər xəstələri saatlarla qaldıqları xəstəxana dəhlizlərində oturmağa belə yetərli yerin olmadığını deyiblər.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.
Oxşar xəbərlər
Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır: "Dedilər ki, çəkin çoxdur"
Baku TV-nin qaynar xəttinə müraciət edən Cəlilabad rayonunun Göytəpə şəhər sakini 48 yaşlı Zahid Qədirov illərdir ağır mədə-bağırsaq xəstəliyindən əziyyət çəkdi...