Bədavi Hüseynova görə millimizə texniki məğlubiyyət veriləcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bədavi Hüseynovun Andorra - Azərbaycan matçının oyun protokolunda yer almaması ilə əlaqədar milliyə texniki məğlubiyyət verilə biləcəyi barədə xəbərlər yayılıb.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bədavi Hüseynovun adı UEFA-nın rəsmi platformasında yayımlanan Andorra - Azərbaycan oyununun protokolunda yer alıb.
Qurumdan, həmçinin bildirilib ki, qarşılaşma ilə bağlı hər hansı qayda pozuntusu və ya texniki məğlubiyyət ehtimalı barədə AFFA-ya rəsmi müraciət daxil olmayıb:
"Təəssüf ki, bu cür xəbərlər AFFA ilə dəqiqləşdirilmədən, qurumun mövqeyi öyrənilmədən ictimaiyyətə təqdim olunur".
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 16-da Andorranın Enkamp şəhərindəki "Estadi de la FAF" stadionunda keçirilən yoldaşlıq görüşündə meydan sahiblərini 3:1 hesabı ilə məğlub edib. Millimizin heyətində Eşqin Əhmədov, Musa Qurbanlı və Toral Bayramov (penalti) fərqləniblər. Andorra yığmasının yeganə qolunu isə İzan Fernandes vurub.
Oxşar xəbərlər
"Zəngəzur" UEFA Regionlar Kubokunda ilk matçını keçiribv
Azərbaycan təmsilçisi "Zəngəzur" UEFA Regionlar Kubokunda ilk matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, 7-ci qrupda yer alan komanda I turda P...