Osimhen "Mançester Yunayted"ə gedir? - İngilislərdən transfer iddiası
Yeniliklərdən dərhal xəbərdar olun
"Qalatasaray"ın hücumçusu Viktor Osimhenin İngiltərə Premyer Liqasına keçə biləcəyi iddia olunur.
BAKU.WS xəbər verir ki, "The Sun" nəşri nigeriyalı futbolçunun "Mançester Yunayted"in mümkün transfer təklifinə müsbət yanaşdığını yazıb.
Məlumata görə, 27 yaşlı hücumçu İngiltərə klubunda çıxış etməyə və hazırda "Qalatasaray"da aldığı illik 13 milyon funt sterlinq maaşla razılaşmağa hazırdır.
Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 11 oyunda 10 qol vurub, 3 məhsuldar ötürmə edib. Futbolçunun İstanbul klubu ilə müqaviləsi 2029-cu ilədək qüvvədədir.
Oxşar xəbərlər
Harri Keyn 3 ay yaşıl meydanlardan uzaq qala bilər
"Bavariya"nın hücumçusu Harri Keyn 3 ay yaşıl meydanlardan uzaq qala bilər. BAKU.WS xəbər verir ki, Münhen təmsilçisinin hücumçusu və İngiltərə millisinin kapit...